14 Məsum və əxlaq

Həqiqi əxlaq nümunəsi


Hidayət çırağı və nicat gəmisi
imam Hüseyn əleyhissalamın təvəllüdü günü mübarək olsun!
.
İmam Mehdi Sahibəzzaman əleyhissalam buyurur:
كنت للرسول ولدا " ، وللقرآن سندا " ، وللأمة عضدا " ، وفي الطاعة مجتهدا "
حافظا " للعهد والميثاق ، ناكبا " عن سبيل الفساق ، تتأوه تأوه المجهود ، طويل
الركوع والسجود ، زاهدا " في الدنيا زهد الراحل عنها ، ناظرا " إليها بعين المستوحش
منها
"Ey, Hüseyn (əleyhissalam) !
Sən Allahın Rəsulunun (səllAllahu əleyhi və alih) övladı idin.
Sən Qurani-Kərimin sənəd və sübutu idin.
Sən ümmətin bilək və gücü idin.
Allah Taalaya itaətdə çox çalışqan idin.
Əhd-peymanında və söz verməkdə vəfalı idin.
Aşkara günah edən fasiqlərin tutduqları yoldan bizar (narazı) idin, ah çəkirdin, zəhmətkeş və əziyyət çəkən adamın ahı kimi.
Sənin səcdə və rükuların uzun idi,
Sən dünyaya zahid və təqvalı idin.
Sənin zahidliyin dünyadan köçmək anında dünyadan əl çəkən və qorxu gözü ilə dünyaya baxan insan kimi idi."
Biharul ənvar 98-ci cild 239-cu səhifə 17-ci bab 38-ci hədis
.
Görəsən, biz imam Hüseyn əleyhissalama nə qədər oxşaya bilmişik?
Hədisin məqsədlərindən birinə nəzər salaq:
1- "Sən Allahın Rəsulunun (səllAllahu əleyhi və alih) övladı idin"
-Biz sevimli Peyğəmbərimiz həzrət Muhəmmədi (s) layiqli təmsil edə bilirikmi?
.
2- "Sən Qurani-Kərimin sənəd və sübutu idin"
-On dörd məsum (onların hamısına Allahın salamı olsun) canlı Qurandırlar. Bəs biz, Quranı özümüzdə canlandıra bilmişikmi? Bizim danışıqlarımız, rəftar, davranış və əməllərimiz Quran ayələrinin təcəssümüdürmü?
.
3- "Sən ümmətin bilək və gücü idin"
-Biz necə? İslam ümmətinə, o cümlədən xalqımıza fayda verə bilirikmi? İslamı və vətənimizi layiqli şəkildə təmsil edə bilirikmi?
.
4- "Allah Taalaya itaətdə çox çalışqan idin"
-Biz necə? Allaha itaətdə, yəni Allahın əmrlərini (vacibləri) yerinə yetirməkdə və Allahın qadağalarından (haramlardan) çəkinməkdə çox çalışqanıqmı?
.
5- "Əhd-peymanında və söz verməkdə vəfalı idin"
-Bəs biz əhd peymanlarımıza sadiq insanıqmı? Verdiyimiz sözə (vədəyə) əməl edirikmi? Görüş yerinə vaxtında gəlirikmi?
.
6- "Aşkara günah edən fasiqlərin tutduqları yoldan bizar (narazı) idin, ah çəkirdin, zəhmətkeş və əziyyət çəkən adamın ahı kimi"
-Biz necə, günahkarların tutduqları yoldan (dünyapərəstlikdən) bezarıqmı? Yoxsa, gözümüz onların malik olduqlarında qalıb və onların yaşayışlarına həsrət gözü ilə baxaraq onların (fasiqlərin) biri olmağımızı arzu edirik?
.
7- "Sənin səcdə və rükuların uzun idi"
-Biz necə, ibadət əhliyikmi? Vacib namazlarımızdan başqa, Allah rizası üçün hər gün neçə rəkət namaz qılırıq? Rüku və səcdələrimiz uzundurmu?
.
8- "Sən dünyaya zahid və təqvalı idin.
Sənin zahidliyin dünyadan köçmək anında dünyadan əl çəkən və qorxu gözü ilə dünyaya baxan insan kimi idi"
-Biz necə, dünyaya zahidikmi? Yəni dünyaya bağlılıqdan və dünya malını sevməkdən qurtumuşuqmu? Yoxsa, əksinə, dünyaya qəlb vermişikmi?
Dünyanın mal-dövlətindən asılıyıq, yoxsa azadıq?
Nəfsin əlindən xilas olmuşuq, yoxsa nəfsin istəklərinin və uzun arzuların əsiriyik?
Gördüyümüz, oxuduğumuz və eşitdiyimiz ibrətamiz hadisələrdən ibrət ala bilirikmi?
 

baxılıb: 40 dəfə