Ədəb və Mədəniyyət

Əxlaq nəzərindən Xatırlama və zikrin əhəmiyyəti

İnsan həmişə Allahı xatırlamalı, onu düşünməli, heç vaxt Allah-təalanın qarşısında məsuliyyət və bəndəliyini unutmamalıdır, çünki hər kim Allahı unutsa, nəticədə özünü unutmuş olar.

Belələri özünə yad olub qəflət vadisində sərgərdan gəzəcəkdir. “Qurani-Kərim”də  buyurulur: 

"Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin!" («Həşr»-19)

"O kəslər ki, ayaq üstə olanda da, oturanda da Allahı xatırlar.." («Ali-İmran»-191)

Bu barədə çoxlu rəvayətlər var. Həzrəti-Əli(ə) buyurur: 

"Həmişə Allahı yad edin. Bu zikrlərin ən yaxşısıdır." («Nəhcül-bəlağə», xütbə-110)

"Allah-təala özünün xatırlanmasını qəlblərin paklığı və saflığı üçün vasitə qərar vermişdir."[1]

"Allah zikrinin öz əhli var. Onlar Allahın zikrini dünyanın bütün gözəlliklərindən üstün bilmiş və onları heç bir ticarət, əziyyət və məhrumiyyət Allahın zikrindən saxlamamışdır."[2]

Həzrəti- Əli(ə) “Həmmam" xütbəsində buyurur: 

"Pəhrizkarların nişanələrindən biri də budur ki, onların gecə-gündüz bütün fikirləri Allahdır."[3]

Peyğəmbər(s) Əhli-beyti və əshabı haqqında buyurur: 

"Onlar Allahın adı çəkilən zaman  elə ağlayırdılar ki, ətəkləri göz yaşından islanır, küləyin təsirindən lərzəyə gələn ağac kimi titrəyirdilər." [4] 

"Allahı yad etmək bütün nəfsani xəstəliklərin dərmanıdır." [5]  

"Allahı həmişə xatırla ki, O, qəlbin nurudur."[6] 

"Allahı yad etmək imanın sütunudur və şeytan tərəddüdünü qəlbə girməyə qoymur."[7]

 

 

[1] «Nəhcül-bəlağə» 222-ci xütbə.

[2] Yenə orada

[3] «Nəhcül-bəlağə» 193-cü xütbə.

[4] «Nəhcül-bəlağə» 97-ci xütbə.

[5] «Qürərül- hikəm»: IV c,səh.3

[6] Həmin mənbə: səh.288

[7] «Qürərül-hikəm» IV c,səh.30

baxılıb: 8 dəfə