Nəfsin islahı

Əxlaq zikri


Hər namazdan sonra edilməsi tapşırılmış əməllərdən biri də həzrət Fatimə (ə) zikridir.
Zikrin əvvəli 34 dəfə "Allahu əkbər" cümləsidir.
- Nə üçün bu qədər "Allahu əkbər" deyirik?
"Allahu əkbər", yəni Allah daha böyükdür, o qədər böyükdür ki, heç kim onu layiqincə vəsf və tərif edə bilməz, böyüklük yalnız və yalnız Allaha məxsusdur.
- Sən öz nəfsini başa salmalısan ki, "ey nəfs! Təkəbbürlükdən və lovğalıqdan əl çək! Bil ki, böyüklük yalnız Allaha məxsusdur".
.
- Ey insan! Sən də böyük olmaq istəyirsənmi?
Elə isə Allah Taalaya bağlı olmalısan, Onun həqiqi bəndəsi və ixlaslı insan olmalısan, Onunla ünsiyyəti səmimiləşdirməli və daimiləşdirməlisən. Sən Allaha yaxınlaşdıqca daha böyük olursan.
Nəfsinin əsiri olmaqla isə Allahdan uzaqlaşırsan, kiçilirsən, alçalırsan.
- Hər dəfə "Allahu əkbər" deyəndə nəfsinin qulağına şillə vur.
- De: "Ey nəfs! Bunu anlamalı və qəbul etməlisən ki, sən kiçiksən, alçaqsan, acizsən, zəifsən...
Yalnız Allah böyük, uca və hər şeyə qadirdir!
Allahu əkbər...
- Əgər hər dəfə bu düşüncə tərzi ilə "Allahu əkbər" (Allah daha böyükdür) zikrini desən, onda görəcəksən ki, bu zikr səni necə də sürətlə nurani, yəni nurlu və saf edəcək. Hər gün tərəqqi edəcəksən.
 

baxılıb: 117 dəfə