Evlənmək və ailə əxlaqı

Yalançı sevgilər insanın gələcəyini məhv edir.

Salam. Mən bir qızam, ali məktəbdə oxuyan zaman bir oğlanla dost oldum. O məni özünə aşiq və dəli-divanə etdi. Sonralar isə bildim ki, məndən başqa neçə qızla belə sevgi macərasına malikdir. Mənimlə evlənəcəyini deyirdi, amma neçə illərdi ki, məni aldadır. Bu illər ərzində mənə çox yaxşı yerlərdən elçilər gəlib, amma mən onlara hə deyə bilməmişəm, qorxmuşam ki, bu oğlanın eşqi məni başqa həyatda dinc yaşamağa qoymaz. Yaşım da keçir, bir azdan elçi gəlmək istəyən də olmayacaq. Mən necə edim ki, bu yalançı eşqdən qurtulum? Bu mənim əxlaqıma da çox pis təsir edib. Hamıya bədbinəm, insanlardan qaçıram. Stress və depresiyadan qurtula bilmirəm.

Mənəvi Boşanmaq və ya Ruhi Təlaq

Evlənmək və ailə qurmaq insan həyatının ən ali və ən müqəddəs mövzularındandır. Bu istək Allah Taala tərəfindən hər bir insanın fitrət və təbiətində qoyulmuşdur. Allah Taala Qurani-Kərimin 35-ci Fatir surəsinin 43-cü ayəsində buyurur: فَهَلْ يَنظُرُونَ إِلَّا سُنَّتَ الْأَوَّلِينَ فَلَن تجَدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا وَ لَن تجَدَ لِسُنَّتِ اللَّهِ تحَوِيلا “Məgər onlar keşmişdəkilərin həyat qanunlarından başqa bir şeyi özlərindən gözləyirlərmi?! Sən Allahın (insanlar üçün qoyduğu) həyat qanunlarında əvəzlənmə görməyəcəksən, eləcə də Allahın (həyat qanunları olan ilahi) sünnətlərində dəyişiklik tapmayacaqsan.”