Evlənmək və ailə əxlaqı

Xoşbəxt ailənin xüsusiyyətləri


.
Bəziləri elə bilrilər ki, əgər evdə dava-dalaş yoxdursa, həyat yoldaşı və övladları ilə normal münasibətdədirlərsə deməli, xoşbəxt ailəyə malikdirlər.
1- Xoşbəxt ailə o ailədir ki, qadın və kişi bir-birlərini görmək üçün dəqiqələri sayırlar. Kişinin işdən evə gəlmə saatı ailə üçün ən sevimli və xoş anların pik nöqtəsidir. Həmin saatın gəlib çatması üçün qəlbləri çırpınır...
Halbuki salamat olmayan ailələrdə qadın və kişi bir-birlərini daha az görməyi arzulayırlar. Qadın arzu edir ki “kaş kişi evə biz yatandan sonra gəlib çıxaydı, üzünü görməyəydim”, kişi isə arzu edir ki “kaş evə gedəndə görəydim ki, arvadım anası gilə gedib və bu günü orada qalacaq”.
2- Xoşbəxt ailələrdə qadın və kişinin bir-birlərinə deyiləsi sözləri çoxdur, onlar bir-birlərini sevinc və razılıqla dinləyir, qarşılıqlı söhbətdən doymurlar. Odur ki, hər şey haqqında –gündəlik baş vermiş hadisələr, xəbərlər, gələcək planlar və sair haqqında bir-birinin nəzərlərini soruşurlar.
Halbuki salamat olmayan ailələrdə kişi və qadın bir-birləri ilə danışmamağa, bunun əvəzində isə televizora baxmaq, telefon ilə qurdalanmaq, krossvord həll etməklə ya da daha pisi –bir-birlərinə iynəli və kinayəli söz və atmacalar atmaqla keçinirlər.
3- Xoşbəxt ailələrdə qadın və kişi bir-birlərinin meyil və zövqlərindən agahdırlar, və buna ehtiramla yanaşırlar. Yemək, geyim, get-gəl, alış-veriş və sairdə bir-birlərinin seçimini bəyənir və dəyərləndirirlər.
Halbuki salamat olmayan ailələrdə kişi və qadın bir-birlərinin meyil və zövqlərini qəbul etmirlər, hər biri o birisinin zövqünə lağ edir, qarşı tərəfin seçimini günlərlə bəzən isə aylarla tənqid edir.
4- Xoşbəxt ailələrdə qadın və kişi arasında birlik, yekdillik və həmfikirlik vardır, onların hər işi birgə nəzər əsasında olur.
Halbuki salamat olmayan ailələrdə qadın və kişi bir-birlərinin rəyinə laqeyd yanaşır, öz seçimində qarşı tərəfə “sənə nə” , qarşı tərəfin seçimində isə “mənə nə” “bu mənə aid deyil” kimi etinasızlıq sözlərini ifadə edirlər.
5- Xoşbəxt ailələrdə qadın ilə kişi arasında etimad, etibar və inam vardır, buna görə də bir-birlərinin sözlərini çox rahatlıqla qəbul edirlər, bir-birlərinin işlərinə şək-şübhə ilə yanaşmırlar.
Halbuki salamat olmayan ailələrdə kişi və qadın arasında etibar və inam yoxdur, hər biri o birisini inandırmaq üçün çoxlu and içməli və hətta şahidlər gətirməlidir.
6- Xoşbəxt ailələrdə qadın və kişi arasında həm danışıqda həm də rəftarlarda qarşılıqlı ehtiram və sayğı vardır. Onlar evdə yalnız özləri olanda da yaxud insanlar arasında –istər evdə, istər qonaqlıqda- olanda da bir-biri ilə ədəb və gözəl əxlaqla davranırlar.
Halbuki salamat olmayan ailələrdə kişi ilə qadın arasında hörmət və ehtiram aşağı səviyyədədir. Onlar istər qohumların istər başqa insanların yanında belə bir-birlərinə qarşı kobudluq və hörmətsizlik etməkdən çəkinmirlər, bir-birini aşağılayırlar.
7- Xoşbəxt ailələrdə qadın və kişi mümkün qədər birgə olmağa böyük önəm verirlər, onlar qonaqlığa da, səfərə, parka, bulvara, bazara hətta hüzür yerinə də birgə getməyə üstünlük verirlər.
Halbuki salamat olmayan ailələrdə kişi və qadının birgəlik üçün həvəs və istəkləri yoxdur. Kişi öz dostları ilə gün geçirmək və onlarla səfərə çıxmaq həvəsindədir, qadın isə rəfiqələri və qohumları ilə gün keçirməyə və onlarla səfərə çıxmağa həvəslidir.
 

baxılıb: 194 dəfə