Yeniyetmə əxlaqı

İnsanların ən yaxşısı

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) buyurur:

خير الناس من انتفع به الناس

“İnsanların ən yaxşısı insanlara daha çox xeyir və fayda verəndir”.

Müstədrəkul –vəsail 12-ci cild 78-ci səhifə

.

Yəni insanlara üəyiyanan olmalı və camaatı öz ailəsi hesab etməlidir. Hər bir insan öz ailəsinə qarşı kələk və fırıldaq işlədilməsinə razı olmadığı kimi o da insanlara qarşı da kələk işlətməməli, onları aldatmamalıdır. Heç bir insan öz ailəsinə keyfiyyətsiz malın verilməsinə razı olmadığı kimi o da insanlara keyfiyyətsiz mal verməməlidir.

Odur ki, insanların ən yaxşısı yalnız zahiri dindarlıq edən (çox namaz qılan, oruc tutan, məscidə gedən...) deyil, insanların ən yaxşısı və ən üstünü camaata daha çox fayda və xeyir verən şəxsdir.

Tanınmış alimlərdən biri qatar ilə səfərə gedirdi, nəvəsini də özü ilə aparırdı. Alimin nəvəsi onun təzə aldığı ayaqqabı ilə oynayırdı, diqqətsizlik üzündən babasının ayaqqabısının bir tayı uşağın əlindən çıxıb qatarın açıq pəncərəsindən çölə düşdü. Qatarda olanlar bu işə görə təəssüfləndilər, ancaq alim dərhal təzə ayaqqabısının o biri tayını da çölə atdı.

Hamını təəccüb bürüdü, heyrətlə alimin üzünə baxdılar. Alim dedi: “Bir taylı təzə ayaqqabım istifadəsiz qalacaq, eləcə də ayaqqabımın o biri tayını tapacaq insan üçün də həmin bir tay lazımsız olacaq. Mən ayaqqabımın bu tayını da çölə atdım ki, onu tapan həmin şəxsin sevincinə səbəb olum. Təzə ayaqqabıya sahib olsun.

Bəli, əsil insanın bütün firki və zikri bu olmalıdır ki, başqalarına fayda versin, insanlara xeyiri dəysin; sürücülükdə, işində, alverdə ...

Bu halda həmin şəxs sevimli Peyğəmbərimizin (s) buyurduğu kimi doğrudan da insanların ən yaxşısı olacaqdır.

baxılıb: 385 dəfə