Yeniyetmə əxlaqı

Bəxt quşq nə üçün mənim çiyinlərimə qonmur?

Bəxt quşu yalnız o zaman sənin çiyinlərinə qonar ki, Sənin çiyinlərin Dağlar kimi enli və geniş olsun. 
Sənin çiyinlərin isə o zaman Dağlar kimi enli və geniş olar ki, Sənin qəlbin, sinən və ruhun geniş olsun.
Sənin qəlbin və sinən o vaxt geniş olar ki, Sən həyatda hər şeyin gözəlliyini görə biləsən.
Həyatda gözəllikləri görməyi bacarmaq özü bir hünərdir ki, hər insana nəsib olmur.Və kimə nəsib olursa deməli, onun çiyinlərinə bəxt quşu qonmuşdur. 
İnsanlar adətən hər şeyin yalnız pis tərəflərini görürlər.
Təsəvvür edin, tarixin ən faciəli səhnəsi sayılan Kərblə faciəsində Əmirəlmöminin Əli əleyhissalamın fədakar qızı xanım Zeynəbin başda İmam Hüseyn əleyhissalam olmaqla yeddi qardaşı, özünün iki oğlu ... onun gözü qarşısında şəhid edildilər. Amma Kufə şəhərinin valisi İbn Ziyad istehza ilə xanım Zeynəbə xitab edərək "Gördünmü başınıza nələr gəldi?!" dediyi vaxt xanım Zeynəb əleyhasalam buyurdu:
ما رايت فيه الا جميلا
"Mən Kərbəlada yalnız gözəlliklər gördüm".
.
Bir gün İsa peyğəmbər dostları ilə yol gedirdi, onlar çaya çatdılar, çayın bu tərəfindən o tərəfinə körpü əvəzi bir ağac atılmışdı ki, insanlar çayın içinə gimədən çayı keçə bilsinlər. İsa əleyhissalam dostlarını qabağa saldı, özü isə arxada çayı keçdi. Çayın o tərəfində bir ulaq ölüsü (bəzi hədislərə görə isə keçi ölüsü) vardı. Onun yanından keçən hər adam bir söz deyirdi. Bəzisi "uff, murdara bax", bəzisi "nə iyrəncdir", bəzisi "üstündə nə qədər qurdlar var", bəzisi isə "nə pis iy gəlir bu murdardan" dedi.
Növbə həzrət İsa əleyhissalama çatdıqda o həzrət buyurdu:" Bunun necə də gözəl və ağ dişləri varmış."
.
Bəli, əziz dostlar, sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

ان الله جميل و يحب الجمال

"Allah Taala gözəldir və gözəllikləri də sevir."

Odur ki, mübarək Ramazan ayının ən gözəl dualarından sayılan SƏHƏR DUAsında oxuyuruq:

اللهم اني اسئلك من جمالك باجمله و كل جمالك جميل
اللهم اني اسئلك بجمالك كله

"Allahım, Səndən gözəlliklərinin ən gözəl dərəcələrini istəyirəm, bir halda ki, Sənin bütün gözəllik dərəcələrin gözəldir. Elə isə, Allahım, səndəm gözəlliklərinin bütün dərəcələrinə xatir (arzularımın qəbul olunmasını) istəyirəm."
.
Gözəllikləri yalnız qəlbi gözəl olanlar görə bilərlər. Bu mövzu bütün sahələrə aiddir. Biz gərək hər hadisəni xeyirə yozmağı bacaraq, hər bir şeyin və hər bir insanın gözəlliklərini görə bilək, həyatın gözəlliklərini görməyi bacaraq.
İmam Cəfər Sadiq əleyhissalam buyurur:
"Mömin tanışından bir şübhəli hadisəni gördükdə çalış ki, o hadisəni xeyirə yozasan. Alınmasa bir də yoz, beləcə özün üçün hətta 70 dəfə səbəb gətirib o hadisəni xeyirə yozmağa çalış. Görsən ki, heç cür o hadisəni xeyirə yoza bilmirsən, onda özünü danla və özünə de ki, Ey filankəs, gör nə günə qalmısan ki, bir hadisəni belə yaxşıya yoza bilmirsən."
.
Allah Taaladan istəyək ki, həzrət Muhəmməd və ali-Muhəmməd xatirinə bizim qəlbimizə lütf nəzərini salsın ki, Qəlbimiz və Düşüncəmiz də gözəlləşsin. Bizi Özünün sevimli bəndələrindən etsin, həyatın gözəlliklərini bizim qarşımıza çıxartsın...

baxılıb: 118 dəfə