Yeniyetmə əxlaqı

Mələklərdən dəstək almaq istəyirsinizsə.....

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

جاهدوا أنفسكم بقلة الطعام والشراب، تظلكم الملائكة ويفر عنكم الشيطان

"Yemək və içməyinizi azaltmaqla nəfsinizə qapısı mübarizə edin, təki mələklər sizin üzərinizə kölgə salsınlar, şeytan isə sizdən qaçsın."
Tənbihul-xəvatir 2-ci cild 122-ci səhifə 
Məlumdur ki, çox yeməyin -cismi xəstəliklər, köklük, cismi quruluşun normadan çıxması və sair ziyanlarından əlavə çoxlu mənəvi ziyanları da vardır, o cümlədən:
-Çox yatmaq,
-tənbəllik və halsızlıq,
-iradəsizlik,
-cinsi qüvvənin və şəhvətin həyəcanının çoxalması, 
-qəlbin daşlaşması,
-ağılın və huşun zəifləməsi
və ilaxır...
Buna görə də oruc tutmaq və az yemək tövsiyə edilmişdir. Hətta süfrənin ədəblərindən biri də acmamış yemək yeməmək və doymamış əlini süfrədən çəkməkdir. Düzdür, yemək ağız üçün dadlıdır ancaq bu dadlılıq bizi çox yeməyə vadar etməsin.

baxılıb: 233 dəfə